Modern.az

Şuşa-Laçın yolunda maraqlı anlar - FOTO

Şuşa-Laçın yolunda maraqlı anlar - FOTO

24 Fevral 2024, 00:16

Şuşa-Laçın avtomobil yolunda nadir hallarda rast gəlinən anlar qeydə alınıb. Dağlıq ərazidə aşırımlardan keçən yolda vəhşi atlar görünüb.

 

Modern.az xəbər verir ki, qızılı rəng çalarları olan 30-dan çox vəhşi atın yürüşü ötən gün saat 21 radələrində Şuşa-Laçın avtomobil yolunun “Yeddi dolama” adlanan hissəsində qeydə alınıb. Görüntülər havanın dumanlı olması səbəbindən atlar meşəlikdən çıxaraq yolla irəliləyən zaman çəkilib.

 

Atların hündür boyu, bədən quruluşu, çevikliyi və yürüşü onların Qarabağ cinsindən olması ehtimalını artırır.

 

Foto Azərtac-a məxsusdur 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir