Modern.az

Ermənilər antiterror əməliyyatlarında neçə nəfər itirib? - Rəqəmlər AÇIQLANDI

Ermənilər antiterror əməliyyatlarında neçə nəfər itirib? - Rəqəmlər AÇIQLANDI

26 Fevral 2024, 15:04

2023-cü ilin sentyabr döyüşləri nəticəsində Qarabağda 181 erməni hərbçi ölüb, 11 hərbçi itkin düşüb.

Modern.az saytı xəbər verir ki, bu haqda Ermənistan Hərbi Personalın Sığorta Fondunun məlumatında bildirilib. Məlumata görə, artıq 12 hərbçinin hesabına kompensasiya ödənilib. Sabah daha 52 hərbçinin ailəsi 5 və ya 10 milyon dram məbləğində kompensasiya alacaq, bundan sonra onlara aylıq ödənişlər veriləcək.

Fond əmin edir ki, Müdafiə Nazirliyindən müraciətlər daxil olduqdan sonra sığorta hüququ olan bütün şəxslərə ən qısa zamanda kompensasiya ödəniləcək.

Xatırladaq ki, Azərbaycan Ordusu 2023-cü ilin 19-20 sentyabr tarixlərində Xankəndi və işğal altındakı digər şəhərlərdə anititerror əməliyyatları keçirməklə erməni separatçılığına son qoyub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir