Modern.az

Laçında ilk Su çərşənbəsi belə qeyd edildi - FOTO

Laçında ilk Su çərşənbəsi belə qeyd edildi - FOTO

Qarabağ

27 Fevral 2024, 23:29

Dağlar qoynunda yerləşən Laçın torpaqları 32 ildən sonra yenidən çərşənbə bayramına ev sahibliyi edir. Doğma sakinləri ilə birlikdə Laçında adət-ənənələrimiz yenidən çiçəklənir, Su çərşənbəsi böyük coşqu ilə qeyd edilir.

 

Modern.az xəbər verir ki, Laçında Su çərşənbəsi münasibətilə bayram şənliyi təşkil olunub. Bayram toplantısında Azərbaycan Respublikası Prezidentinin Laçın üzrə xüsusi nümayəndəliyinin, "Bakı Abadlıq Xidməti" MMC-nin, "Laçın Abadlıq Xidməti" ASC-nin rəsmiləri, Laçın sakinləri iştirak ediblər.

 

“Gilabi Ceramics” Yaradıcılıq Mərkəzində keçirilən bayram şənliyində çərşənbənin rəmzi olan tonqal qalanıb, ətrafında yallı rəqsi oynanılıb. Laçınlılar öz evlərində hazırladığı şirniyyatlarla süfrələri bəzəyib, milli adət-ənənələrə uyğun olaraq gənc qızlar bayatılar söyləyib. Su aydınlıq, saflıq rəmzi olduğu üçün qızlar bulaqdan su götürərək çiçəklərə, ağaclara və ətraf ərazilərə səpiblər. Bayram iştirakçıları əvvəlki illərdə Laçında keçirdikləri çərşənbə günlərini xatırlayaraq xoş təəssüratlarını bölüşüblər. Həmçinin mərkəzdə uşaqlar üçün ustad dərsləri təşkil olunub, onlar yumurta bəzəyib və gildən əl işlərinin hazırlamasına dair sirləri öyrəniblər. Su çərşənbəsinin “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzində təşkil edilməsi də təsadüfi olmayıb. Suyun yaradılış rəmzi olduğu və burada ərsəyə gələn əl işlərinin məhz gil ilə suyun qarışığından düzəldilməsi haqda uşaqlara ətraflı məlumat verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!