Modern.az

Laçında itkin düşən əsgərimizin FOTOLARI

Laçında itkin düşən əsgərimizin FOTOLARI

Qarabağ

28 Fevral 2024, 14:40

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 28-i səhər saatlarında Ordumuzun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Bildirilir ki, hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti isə sərhəddə azan Azərbaycan əsgərinin saxlanıldığı barədə xəbər yayıb.

Ruslan Pənahov əslən Şəmkir rayonundandır. O, 7 aydır ki, Laçında xidmət edir.

Modern.az saytı əsgərin fotolarını təqdim edir:



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi