Modern.az

Xankəndidə silah-sursat aşkarlandı 

Xankəndidə silah-sursat aşkarlandı 

Qarabağ

2 Mart 2024, 10:24

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar aşkarlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 1-də Xankəndi şəhəri ərazisində 15 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd pulemyot, 1 tapança, 2 tüfəng, 22 ədəd qumbara, 12 alışdırıcı, 46 patron darağı, 1655 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi