Modern.az

Xankəndi və Xocalıya avtobus səfərləri təşkil olunacaq? - AÇIQLAMA

Xankəndi və Xocalıya avtobus səfərləri təşkil olunacaq? - AÇIQLAMA

4 Mart 2024, 17:34

Uzun müddətdir ki, işğaldan azad edilən Ağdama, Şuşaya, Füzuliyə avtobus səfərləri təşkil olunur. Xocalı və Xankəndinə səfər etmək istəyənlər olsa da, hələlik bu, mümkün deyil.

 

Bəs, Xocalı və Xankəndinə avtobus səfərləri nə zaman təşkil olunacaq? 

 

Modern.az mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxlayıb. 

 

Qurumun mətbuat katibi Tural Orucov bildirib ki, işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərdən yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir:


“İşğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin edilməlidir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir.


İşğaldan azad olunmuş digər ərazilərdə təhlillər aparılır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri