Modern.az

Xankəndidəki ermənilər ziyarət edildi - FOTOLAR

Xankəndidəki ermənilər ziyarət edildi - FOTOLAR

Qarabağ

7 Mart 2024, 20:54

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov və AzQAC-ın müvafiq işçi heyəti Xankəndidə yaşayan erməni əsilli sakinləri ziyarət ediblər.

 

Modern.az xəbər verir ki, ziyarət zamanı onlarla müvafiq söhbətlər aparılıb , həmçinin ərzaq və gigiyenik dəstlər təqdim olunub.

Daha sonra AzQAC-ın prezidenti cənab Novruz Aslanov bu görüşün hər kəs üçün çox əhəmiyyətli olduğunu bildirib və səfərin davamlı olacağını , onların həmişə diqqət mərkəzində olduqlarını vurğulayıb. Erməni əsilli sakinlər humanitar yardımla bağlı AzQAC-ın əməkdaşlarına və cənab Novruz Aslanova öz təşəkkürlərini bildirmişlər. Sonda isə xatirə şəkli çəkilib

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər