Azərbaycanın Qarabağ iqtisadi rayonundakı Rusiya sülhməramlıları prezident seçkiləri üçün vaxtında əvvəl səs veriblər.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonundakı Rusiya sülhməramlı kontingentinin komanda heyəti, hərbi qulluqçuları və mülki şəxsi heyəti dövlət başçısı seçkilərində vaxtından əvvəl səsvermədə iştirak edib.Seçki prosesi federal qanunvericiliyə uyğun təşkil olunub", - açıqlamada bildirilir.
Nazirliyin məlumatına görə, Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası 2023-cü ilin noyabrında başa çatıb. Açıqlamada bildirilir ki, Rusiya sülhməramlı kontingenti Qarabağ bölgəsində tapşırıqları yerinə yetirməkdə davam edir.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib. Mərkəzi Seçki Komissiyası səsvermənin üç gün - martın 15, 16 və 17-də keçiriləcək.