Modern.az

Naxçıvandan gələn şəhid ailələri Füzulidə - FOTO

Naxçıvandan gələn şəhid ailələri Füzulidə - FOTO

Qarabağ

28 Mart 2024, 22:54

Bu gün Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzuli rayonunda olublar.

 

Modern.az xəbər verir ki, səfərin ilk günündə şəhid ailələrinin üzvləri Füzuli rayonu Alxanlı, Merdinli, Qaraxanbəyli kəndlərində olub, övladlarının şəhidlik zirvəsinə ucaldıqları yerləri ziyarət ediblər.

 

Həmçinin, səfər zamanı onlar Füzulidə aparılan quruculuq işləri ilə də tanış olublar.

 

Şəhid ailələrinin üzvləri Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsinə də səfər ediblər.

 

Naxçıvandan yola düşən şəhid ailələri sabah Şuşa şəhərinə və Xocavənd rayonuna da səfər edəcəklər.

 

Səfər Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən təşkil edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər