Modern.az

Ağdabanda qəbiristanlıq minalanıb - VİDEO

Ağdabanda qəbiristanlıq minalanıb - VİDEO

Qarabağ

5 Aprel 2024, 15:02

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisindəki qəbiristanlıqda minalanmış sahə aşkar olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Ərazidə POMZ-2M tipli piyada əleyhinə minaların məftil çəkmə üsulu ilə qurulduğu müəyyən edilib. Nazirlikdən qeyd olunub ki, bu tip minalar dairəvi şəkildə məhvetmə radiusuna malikdir və üzərindəki qəlpələrin parçalanması ilə ciddi fəsadlar yaradır.

 

Mülki şəxslərə və hərbi qulluqçulara qarşı təxribat törətmək məqsədilə qurulan minalar Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə zərərsizləşdirilib və ərazidən götürülüb. Məlumata görə, azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!