Modern.az

Cəbrayılda il sonunadək 712 mənzil inşa ediləcək 

Cəbrayılda il sonunadək 712 mənzil inşa ediləcək 

Qarabağ

9 Aprel 2024, 19:32

Qarabağa “Böyük Qayıdış” çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarında daimi məskunlaşması üçün ölkə başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən yaşayış kompleksləri inşa olunur.

 

Modern.az MİDA-ya istinadən xəbər verir ki, ümumi sahəsi 8,9 hektar təşkil edən Füzuli Yaşayış Kompleksi 38 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 846 mənzil var. Artıq Füzuli Yaşayış Kompleksində 666 ailə, 2517 nəfərin daimi məskunlaşması təmin edilib.

 

Qeyd edilib ki, Cəbrayıl şəhərində tikilən Cəbrayıl Yaşayış Kompleksinin inşası da sürətlə davam etdirilir. Ümumi sahəsi 7,87 hektar təşkil edir. Yaşayış kompleksi 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil olacaq. Yaşayış kompleksinin inşasının bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

 

Bütün mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təhvil verilir. Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektləri, istirahət guşələri, yeraltı və yerüstü avtodayanacaqlar, uşaq oyun və idman meydançaları da istifadəyə verilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi