Modern.az

Dünyanın beyin mərkəzləri nümayəndələri Qarabağda səfərdədilər - FOTO

Dünyanın beyin mərkəzləri nümayəndələri Qarabağda səfərdədilər - FOTO

Qarabağ

24 Aprel 2024, 11:20

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

 

Modern.az xəbər verir ki, forum iştirakçıları öncə Zəngilan şəhərinə gəliblər, burada onlar Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar. Ekspertlər bir gün əvvəl Bakıda başlayan beynəlxalq forumun öz işini davam etdirəcəyi Laçın şəhərinə də səfər edəcəklər.

 

Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir.

 

Forum iştirakçıları bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və Azərbaycanın “yaşıl enerji” sahəsində fəaliyyətini müzakirə edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok