Modern.az

Şuşada elektrik avtobusları olacaq - Velosiped yolları da salınır...

Şuşada elektrik avtobusları olacaq - Velosiped yolları da salınır...

24 Aprel 2024, 13:31

“Biz bu ilin yanvar ayından başlayaraq Şuşa şəhərinin yollar şəbəkəsinin bərpasına başlamışıq. Bu işlər iki mərhələdən ibarət olacaq. Birinci mərhələ 2024-2025-ci illəri əhatə edir. Bu mərhələdə 22 km uzunluğunda yollar bərpa olunacaq”.

 

Modern.az xəbər verir ki, bu barədə Qarabağda dayanıqlı inkişaf mövzusunda paneldə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

 

“2026-cı ilin sonunda isə bu rəqəm 35 kilometr olacaq. Belə layihələr bizim işğaldan azad olunmuş digər bölgələrimizdə də həyata keçirilir. Bu regionlarda velosiped yolları da olacaq”, - deyə A.Kərimov vurğulayıb.

 

A.Kərimov bu günədək Şuşada 196 abidə bərpa olunduğunu da əlavə edib.

 

O qeyd edib ki, Şuşa Qarabağda elektrik avtobuslarının fəaliyyət göstərəcəyi ilk şəhər olacaq. Avtobuslar Belarusdan olan tərəfdaşlarla birgə Gəncədə istehsal olunur: “Şuşada artıq 4 belə avtobus var. Onlar elektrik enerjisi ilə çalışır və dağlıq landşaftda özlərini təsdiqləyib. Beləliklə, bu, şəhər ictimai nəqliyyat sistemindəki yeniliyimiz olacaq. Avtobuslar gələn aydan istifadəyə veriləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Aksiyalara rəhbərlik edən Baqrat Qalstanyan qəzaya düşdü