Modern.az

TARİXİ GÜN: Sülhməramlılar Qarabağı tərk edir - VİDEO

TARİXİ GÜN: Sülhməramlılar Qarabağı tərk edir - VİDEO

15 May 2024, 12:17

Bu gün Xocalıda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ İqtisadi Rayonunu tərk etməsinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.

 

Modern.az xəbər verir ki, tədbirdə hər iki tərəfdən yüksəkrütbəli hərbi rəsmilərin iştirakı gözlənilir.

 

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi. 

 

Ötən ay Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi