Modern.az

"Çörək pulları" kəsilən kəndlər - SİYAHI

Qarabağ

17 May 2024, 15:12

Xəbər verdiyimiz kimi, Füzuli və Ağdam rayonunlarının bir sıra kəndlərində yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi mayın 1-dən etibarən dayandırılıb.

 

Modern.az-ın məlumatına görə, Füzuli və Ağdam rayonlarının vaxtilə işğala məruz qalmış və ya düşmənlə təmas xəttinə yaxın olan, 1994-cü ilin may ayında imzalanmış atəşkəs müqaviləsindən sonra dinc həyatın bərpa edildiyi yaşayış məntəqələrinə qayıdan vətəndaşlara el arasında “çörək pulu” deyilən 60 manatlıq sosial müavinət verilməyəcək.

 

Müavinətlərin dayandırılması Füzuli rayonunun 1 şəhər və 21 kəndində, Ağdam rayonun 7, Cəbrayılın 1 kəndində yaşayan sakinlərə tətbiq edilib.

 

Szöügedən kəndlər aşağıdakılardır:

 

Füzuli rayonunda:

 

Horadiz şəhəri, Araz Zərgər, Araz Dilağarda, Araz Yağlıvənd, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədbəyli, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Qarabağ, Bala Bəhmənli, Böyük Bəhmənli, Kərimbəyli, Şükürbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı kəndləri.

 

Ağdam rayonunda:

 

Əfətli, Qaradağlı, Zəngişallı, Çəmənli, Əhmədağalı, Xındırıstan, Üçoğlan kəndləri.

 

Cəbrayıl rayonunda:

 

2017-ci ildə bərpa olunmuş Cocuq Mərcanlı kəndi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi