Modern.az

Laçınla İrpen şəhərləri qardaşlaşacaq

Laçınla İrpen şəhərləri qardaşlaşacaq

Qarabağ

24 May 2024, 12:11

Ukraynanın Azərbaycana yeni təyin olunan səfiri Qarabağa gedib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev "X" hesabında paylaşım edib.

 

Onun sözlərinə görə, Ukraynanın Azərbaycandakı səfiri statusunda ilk regional səfərini Qarabağa etməyi əvvəldən planlaşdırıb:

 

“Bu gün Azərbaycan rəhbərliyinin dəvəti ilə biz hərbi attaşemiz polkovnik Yuriy Suprunla birlikdə bu planı həyata keçiririk. Səhər Zəngilan şəhərinin yeni hava limanına gəldik və oradan mənzərəli Laçın şəhərinə yola düşdük. Biz Laçını yaxın gələcəkdə qəhrəman İrpen icmamızla qardaşlaşmış şəhər etmək üzərində çalışırıq.

 

Şəhərlərin bərpa və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində uğurlu təcrübəsi var.

 

Əminəm ki, belə regionlararası əməkdaşlıq Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsinə yönəlmiş daha bir addım olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?