Modern.az

"Çəkdiyim acıları, üzüntüləri Qarabağda da keçirdim"

Qarabağ

23 May 2024, 22:16

Həyat yoldaşım və oğlum şəhid olub. Çox acılar, üzüntülər çəkmişəm. Eyni hissləri Qarabağda da keçirdim. Həqiqətən biz eyni üzüntüləri, duyğuları yaşamışıq.

 

Modern.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Şimali Kipr Türk Respublikasından gəlmiş şəhid ailəsinin üzvü Cəmilə Sözverən deyib.

 

“Biz Azərbaycanla qardaşıq. Qarabağ torpağına gəldiyimiz üçün çox sevincliyik. Allah bundan sonra bizlərə ancaq xoş günlər nəsib etsin”, – deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?