Modern.az

Fransa səfiri Şuşaya da gedəcək?

Fransa səfiri Şuşaya da gedəcək?

Qarabağ

24 May 2024, 12:29

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon işğaldan azad olunmuş Laçın rayonuna səfər edib. Bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid feysbukda paylaşım edib.

 

Qeyd edək ki, Fransa səfiri indiyə kimi Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə getməməklə ölkə ictimaiyyətini qınağına tuş gəlmişdi. Səfirin Şuşa, Laçın və Qarabağın digər bölgələrinə getməməsi Ermənistanı dəstəkləyən, Qarabağın Azərbaycanın nəzarətinə keçməsini həzm edə bilməyən rəsmi Parisin siyasətindən irəli gəlirdi.

 

Beləliklə, səfir artıq Laçına gedib. Modern.az səfirin Şuşaya gedib-getməyəcəyini öyrənmək üçün Rəşad Məcidlə əlaqə saxlayıb.

 

O qeyd edib ki, 28 May Respublika Günü və Laçına qayıdış münasibətilə Laçın şəhərində “Xalça belə yarandı” sərgisi keçirilir:

 

"Prezidentin köməkçisi Hikmət Hacıyev, ekologiya naziri Muxtar Babayev və ölkənin diplomatik korpuslarının rəhbərləri, Türkiyə və digər ölkələrin səfirləri, o cümlədən Fransa səfiri də iştirak edir. Mənim üçün Fransa səfiri xanım Ann Buayonla görüşmək xoş oldu. Qonaqlar gün ərzində Laçında gəzəcəklər. Onlar təyyarə ilə Zəngilana, oradan da Laçına gəliblər. Laçına gəlmək hər halda Şuşaya gəlmək kimidir. Düşünürəm ki, indi olmasa da, digər vaxtlarda Şuşada keçirilən tədbirlərdə də xanım səfir iştirak edəcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?