Modern.az

Bu günə kimi 2766 nəfər Laçına qayıdıb - Prezidentinin xüsusi nümayəndəsi

Bu günə kimi 2766 nəfər Laçına qayıdıb - Prezidentinin xüsusi nümayəndəsi

Qarabağ

24 May 2024, 12:40

Ermənistanın işğalı nəticəsində bu regionda bütün infrastruktur tamamilə dağıdılıb. Laçının bir çox yerində isə tank və piyada əleyhinə minalar basdırılıb. Bu minalar mülki vətəndaşların ölümünə səbəb olub. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Laçında və ətraf ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir.

 

Modern.az xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov mayın 24-də Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində COP29 ilə əlaqədar keçirilən təqdimat mərasimində deyib.

 

Laçının Azərbaycanın ən gözəl şəhərlərindən biri olduğunu vurğulayan M.Məmmədov bildirib: “2023-cü ilin sentyabrından bəri Laçında 700-dən çox ev və yaşayış kompleksi yenidən qurulub. Biz Laçının Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsi ilə qürur duyuruq”.

 

Laçınlı keçmiş məcburi köçkünlərin artıq doğma evlərinə geri qayıtdıqlarını qeyd edən xüsusi nümayəndə deyib: “Bir il əvvəl keçmiş məcburi köçkünlərin ilk hissəsi Laçına qayıtdı və burada Prezident İlham Əliyev yeni evlərin açarlarını onlara təqdim etdi. Bu gün 730 ailə - 2766 nəfər Laçın rayonuna qayıdıb. Laçın şəhərində, Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlər üçün qısa müddətdə hər cür şərait yaradılıb. 2026-cı ilin sonuna qədər 12 min insanı öz evlərinə qaytarmağı düşünürük”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?