Modern.az

"Əsgəran" yarımstansiyasının tikintisinə başlanılır

Qarabağ

25 May 2024, 17:24

Xocalı rayonunda yerləşən Əsgəran yaşayış məntəqəsi ərazisində yeni 35 kV-luq "Əsgəran" yarımstansiyasının tikintisinə başlanılacaq.

 

Modern.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC hazırlıqlara başlayıb.

 

Məlumata görə, tikinti işləri yekunlaşdıqdan sonra yarımstansiya şəbəkə ilə əlaqələndiriləcək. İşlərin ümumi dəyəri 4,864 milyon manat həcmində qiymətləndirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi