Modern.az

Azad edilən ərazilərdə vəkil büroları açılacaq

Azad edilən ərazilərdə vəkil büroları açılacaq

Qarabağ

26 May 2024, 20:36

İşğaldan azad olunmuş ərazilərdə yeni vəkil bürolarının yaradılması əsas məsələlərdən biridir.

 

Modern.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə olan açıqlamasında deyib.

 

“Hazırda Qarabağ regionunda müasir vəkil büromuzun fəaliyyət göstərməsi niyyətindəyik. Hüquq-mühafizə orqanlarının fəaliyyət göstərdiyi bölgədə mütləq vəkil bürosu da fəaliyyət göstərməlidir. Aidiyyəti dövlət orqanları ilə danışıqlara keçmişik. Ümid edirəm ki, bu problem də öz həllini yaxın günlərdə tapacaq”, - deyə Anar Bağırov bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?