Modern.az

Prezident Xankəndiyə köç tarixini AÇIQLADI

Prezident Xankəndiyə köç tarixini AÇIQLADI

Qarabağ

29 May 2024, 00:00

Sentyabr ayından Xankəndi şəhərinə köç başlayır.

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocalıda sakinlərlə görüşü zamanı deyib.

 

Prezident İlham Əliyev və sakinlər arasındakı diaoloqu təqdim edirik:


Sakin: Bu gün mən şadam ki, Xocalıdayam. Yəni, 32 il bundan qabaq Xocalını itirdik. Mən əsir düşmüşdüm, yaralanmışdım.

 

Prezident İlham Əliyev: Əsir düşmüşdün?

 

Sakin: Xankəndidə mən həmin yerə getmək istədim, mənə dedilər ki, olmaz.

 

Prezident İlham Əliyev: Xankəndidə əsir düşmüşdünüz?

 

Sakin: Xocalı faciəsində yaralanmışdım, Xankəndidə saxlayırdılar.

 

Prezident İlham Əliyev: Yox, gedib baxmaq olar.

 

Sakin: Yəni, həmin yeri təxmin etdim ki, necə gətirib aparırdılar.

 

Prezident İlham Əliyev: Gedib görərsiniz o yerləri. Çünki sentyabr ayından artıq Xankəndiyə də köç başlayır.

 

Sakinlər: İnşallah.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi