Modern.az

Doğma yurdlarına qayıdan şuşalılara evlərinin açarları təqdim edildi - FOTO

Doğma yurdlarına qayıdan şuşalılara evlərinin açarları təqdim edildi - FOTO

30 May 2024, 14:14

Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Mayın 30-da növbəti köç karvanı ilə Şuşaya çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

 

Modern.az xəbər verir ki, Şuşa şəhəri bu gün 15 ailəyə qucaq açıb və daha 57 şuşalının yurd həsrəti bitib.

 

Otuz iki ildən sonra yenidən Şuşaya qədəm qoyan ailələrə açarların təqdim edilməsi mərasimində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

 

Ailələr mənzillərinin açarlarını sevinc hissi ilə təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

 

Qeyd edək ki, Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 105 ailə (406 nəfər) mənzillə təmin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri