Modern.az

Zəngilan qayalıqlarında iribuynuzlu dağ keçiləri - VİDEO

Zəngilan qayalıqlarında iribuynuzlu dağ keçiləri - VİDEO

Qarabağ

7 İyun 2024, 12:24

Ərazisi orta və alçaq dağlardan ibarət olan Zəngilan Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Zəngin təbiətə malik olan rayonun faunası da diqqət çəkir. Burada oxlu kirpi, çöl qabanı, ayı, cüyürlərə, eləcə də dağ keçisi, tülkü, boz dovşan, canavara rast gəlmək olur. Çöl quşlarından qırqovul, kəklik, meşə xoruzu, gəlincik, sərçə, vəhşi göyərçin və digər quşlar da Zəngilan faunasına gözəllik qatır.

 

Modern.az xəbər verir ki, Zəngilan qayalıqlarında görünən iribuynuzlu dağ keçiləri şıltaq hərəkətləri ilə diqqət çəkib. Kadrlar rayonun Əmirxanlı kəndi ərazisində qeydə alınıb.

 

"Azərtac"a istinadən həmin görüntüləri təqdim edirik.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi