Modern.az

Türkiyənin Şuşada konsulluğu nə vaxt fəaliyyətə başlayacaq? - AÇIQLAMA

Türkiyənin Şuşada konsulluğu nə vaxt fəaliyyətə başlayacaq? - AÇIQLAMA

Qarabağ

7 İyun 2024, 17:40

İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin Şuşada baş kosnulluğunun açılacağı barədə xəbərlər yayılmışdı. Daha sonra bu barədə Şuşaya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da danışdı.

 

“Biz Türkiyə olaraq Şuşada ən qısa zamanda baş konsulluq açmağı planlaşdırırıq. Beləcə regionda reallaşdırılacaq fəaliyyətin daha sürətli həyata keçməsini təmin edəcəyik”, - deyə R.T.Ərdoğan qeyd edib.

 

Bu yaxınlarda isə Rusiya tərəfi Xankəndidə Baş konsulluq açmaq niyyətini bəyan edib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım bildirib ki, Şuşada Baş konsulluğun açılması sülh sazişi və Zəngəzur dəhlizi kimi məsələlərlə bağlıdır:

 

"Sülh razılaşmasının əldə olunmasına olduqca az bir müddət qalıb. Qarşıdakı dövrdə sülhlə bağlı saziş imzalanacaq. Türkiyənin Şuşada, Rusiyanın Xankəndidə konsulluq açmq istəyi tamamilə təbii haldır. Türkiyənin Gəncədə və Naxçıvanda olduğu kimi Şuşada da konsulluğunun olması normaldır. Rusiya da bölgəyə əhəmiyyət verdiyi üçün onun bu istəyini normal qarşılamaq olar. Hər iki ölkənin konsulluq açması bu mesajları özündə ehtiva edir: bu torpaqlar Azərbaycanındır və sülh olmalıdır. Tezliklə konsulluqların açılması arzumuzdur. Türkiyə tərəfində bu istiqamətdə hər şey hazırdır. Məlumdur ki, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar da müzakirələr gedir. Azərbaycan İranla razılığa gələrək quru yolu ilə əlaqəni buradan təmin edir. Amma Zəngəzur dəhlizinin açılması çox vacib məsələdir. Zəngəzur dəhlizindən enerji, boru,o cümlədən magistiral və dəmiryolu xətləri keçəcək. Bu yol qısadır. Onun açılması Ermənistan üçün də olduqca faydalı olacaq. Bu işlərin hamısını bir-biri ilə bağlı görürəm".

Şamil Ayrım vurğulayıb ki, Prezident İlham Əliyevin dediyi kimi, Ermənistanın konstitusiyası sülhə əngəldir:

 

"Başda Fransa olmaqla, bölgəni qarışdırmaq istəyən qüvvələr var. Onların cəhdləri boşunadır. Ermənistanın daxilində də problemlər çoxdur. Kilsə erməni diasporunun təzyiqi ilə Ermənistanda Baş nazir Nikol Paşinyana təsir göstərməyə çalışırlar. Amma Nikol Paşinyan bu işin həllini tapmasını istəyir. Sülh olmadan Ermənistanda bir irəliləyiş olmayacaq. Ermənsitan xalqı kasıblığa məhkum qalacaq. Ermənistanda xalq xoşbəxt deyil.Xalq xaricdən, diaspordan gələn vəsaitlə dolanmağa çalışır. Türkiyədə 100000-dən çox erməni işləyir və ölkəsinə pul göndərir. Ermənistanın irəliyə doğru istiqamətlənmiş  şəkildə iqtisadiyyatını yaxşılaşdırmaq üçün həmlələr etməsinə ehtiyac var. Bu vəziyyəti Paşinyan çox yaxşı başa düşür. Cənab İlham Əliyev ötən gün Ermənistana mesaj verdi. İlk növbədə konstitusiyanın dəyişdirilməli olduğunu qeyd etdi və bu konstitusiya ilə sülh olmaz dedi. Bunu Nikol Paşinyan da təsdiqləyir. Çünki onların müstəqillik bəyannaməsində Türkiyənin bir qismini də özündə əhatə edən böyük Ermənistan xəyalı var. Yəni Ermənistan Türkiyənin torpaqlarında gözü olan ölkədir. Belə bir şəraitdə sülh sazişi imzalana bilməz. Konstitusiya dəyişikliyini Paşinyan ictimaiyyət önündə müzakirəyə açdı. Önümüzdəki dövrdə mən Ermənistanda da ağıllı düşüncənin qalib gələcəyinə inanıram. Ermənistan Azərbaycanla süılh müqaviləsini tez bir vaxtda imzalayacaq. Erməni xalqının xoşbəxtliyini, rifahını artırmaq üçün bu, vacibdir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi