Modern.az

"Qarabağ" yay hazırlıq planını AÇIQLADI

Qarabağ

12 İyun 2024, 10:18

"Qarabağ" klubunun mövsümlərarası fasilə dövründəki hazırlıq planı bəlli olub.

 

Modern.az Azərbaycan çempionunun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" iyunun 18-də Bakıda məşqlərə start verəcək.

 

Millilərin üzvü olan futbolçular hazırlığa ayın 23-də qoşulacaqlar.

 

Paytaxtdakı toplanışda iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkili nəzərdə tutulub.

 

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komanda iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi isə 16-da baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır