Modern.az

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb - FOTO

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb - FOTO

Qarabağ

12 İyun 2024, 15:14

İyunun 12-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşaya çatıb.  Bu mərhələdə şəhərə köçürülən 85 nəfərdən ibarət 21 ailəyə mənzillərin açarları təqdim edilib.

 

Modern.az xəbər verir ki, mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.

 

Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 126 ailə (491 nəfər) mənzillə təmin edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır