Modern.az

Kimliyi 31 ildən sonra müəyyənləşən şəhidin məzarı abadlaşdırıldı

Kimliyi 31 ildən sonra müəyyənləşən şəhidin məzarı abadlaşdırıldı

Qarabağ

12 İyun 2024, 17:20

Kimliyi 31 ildən sonra müəyyən olunan şəhid Hafiz Qədim oğlu Məmmədovun Gəncə Şəhidlər xiyabanında yerləşən məzarı abadlaşdırılaraq ailəsinə təqdim edilib.

 

Modern.az xəbər verir, bununla bağlı keçirilən mərasimdə şəhidin doğmaları ilə yanaşı, Gəncə şəhəri və Kəlbəcər rayonunun rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, H.Məmmədov 1971-ci il aprelin 19-da Kəlbəcər şəhərində anadan olub. O, 1993-cü ildə könüllü olaraq Vətənin müdafiəsinə qalxıb və döyüşlərdə iştirak edib. 1993-cü ilin aprelində Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb.

 

Hafiz Qədim oğlu Məmmədov naməlum şəhid kimi Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır