Modern.az

Xankəndi-Şuşa-Laçın yolunun tikintisindən VİDEO

Xankəndi-Şuşa-Laçın yolunun tikintisindən VİDEO

Qarabağ

20 İyun 2024, 11:30

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Xankəndi-Şuşa-Laçın avtomobil yolunun tikintisini davam etdirir.

 

Modern.az agentliyə istinadən xəbər verir ki, yolun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.

 

Yol üzərində 2 körpü, 4 tunel, 73 ədəd müxəlif ölçülü və diametrli suötürücü boruların inşası nəzərdə tutulub. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında, uzunluğu 540 metr olan ikinci tunelin çıxış portalında qazma işləri davam etdirilir.

 

Eyni zamanda layihə üzrə kommunikasiya xətlərinin köçürülməsi işləri də həyata keçirilir.

 

Xankəndi-Şuşa-Laçın avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır