Modern.az

Azad edilmiş ərazilərdə QHT forumu keçiriləcək - İLK DƏFƏ 

Azad edilmiş ərazilərdə QHT forumu keçiriləcək - İLK DƏFƏ 

22 İyun 2024, 21:23

İyunun 24-də Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” işə başlayacaq.

 

Modern.az xəbər verir ki, 200-ə yaxın ictimai birliyin təmsilçilərinin iştirak edəcəyi forumda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri keçiriləcək.

 

Forum 2 gün davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər