Modern.az

Xankəndidə elmi-praktik konfrans - FOTOLAR

Xankəndidə elmi-praktik konfrans - FOTOLAR

Qarabağ

24 İyun 2024, 22:57

İyunun 24-də Xankəndi şəhərində Baş Prokurorluğun təşkilatçılığı ilə “Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçirilən tədbirdə müxtəlif dövlət orqanlarının nümayəndələri, aparıcı ali təhsil müəssisələri, ixtisaslaşmış akademiya və elm ocaqlarını təmsil edən görkəmli hüquqşünaslar, həmçinin Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri və prokurorluq əməkdaşları iştirak ediblər.

 

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Konfrans iştirakçılarını salamlayan Baş prokuror Kamran Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa edib.

 

Əlavə olunub ki, 2023-cü il sentyabrın iyirmisində 24 saatdan da az müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini tam bərpa etməsi bir daha sübut etdi ki, ölkəmiz qüdrətli dövlətdir və onun sarsılmaz, qətiyyətli mövqeyə, dəmir iradəyə malik rəhbəri – Ali Baş Komandanı vardır.

 

Qeyd edilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndi şəhərində hazırda əhalinin öz yurdlarına qayıtması, regionun inkişafı ilə bağlı işlər görüldüyünü, habelə təsdiq olunmuş köç planına əsasən, Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Malıbəyli kəndində, eləcə də Ağdərə rayonunun Umudlu kəndində bu il ərzində yüzlərlə ailənin yerləşdirilməsinin nəzərdə tutulduğunu bildirib.

 

Konfransda Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini xanım Umayra Tağıyeva, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Kamal Cəfərov, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Ankara Universitetinin Hüquq fakültəsinin dekanı Muharrem Özen, Milli Aviasiya Akademiyasının “İqtisadiyyat və hüquq” fakültəsinin dekanı Ayxan Rüstəmzadə, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir İdayətov, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, idarənin böyük prokuroru Zamir Paşayev və Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov çıxış ediblər. Mövzu ətrafında səmərəli müzakirələr aparılıb.

 

Daha sonra, konfrans iştirakçıları “Azərbaycan Respublikasında ekoloji siyasətə dair” və “Azərbaycan Respublikasında ekoloji hüquqpozmalara qarşı mübarizə” mövzularında videoçarxları izləyib, “Azərbaycan Respublikası ərazisində ağackəsmə cinayətləri və inzibati xətaların araşdırılmasının xüsusiyyətləri ilə əlaqədar” metodik vəsaitin və “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” adlı vəsaitin təqdimatı keçirilib.

 

Konfransın sonunda, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti arasında ECOLEAD layihəsinə dair Anlaşma Memorandumu imzalanıb və media nümayəndələrinin sualları cavablandırılıb.

 

Sonda Baş prokurorun imzaladığı müvafiq əmrlə Qarabağ və Şərqi Zəngəzur bölgəsində çalışan prokurorluq əməkdaşları təltif ediliblə

Twitter
Sizə yeni tvit var
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var