Modern.az

Dövlət Komitəsi AİB sədri Eyyub Hüseynova xəbərdarlıq etdi

Dövlət Komitəsi AİB sədri Eyyub Hüseynova xəbərdarlıq etdi

Qarabağ

19 Noyabr 2013, 09:30

Azad İstehlakçılar Birliyi ABŞ-ın İnkişaf Agentliyinin (USEİD) köməyi ilə qida mallarına qida təhlükəsizliyi nişanı verməyə başlayıb. Hətta AİB sədri Eyyub Hüseynov artıq şirə hazırlayan zavodlardan bununla Birliyə müraciət daxil olduğunu da bildirib.

Modern.az Standartlaşdırma Meteorologiya və Patent üzrə Dövlət Komitəsindən məsələyə münasibət öyrənib. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, Azad İstehlakçılar Birliyinin öz sənədlərində qida təhlükəsizliyi nişanı ilə əlaqədar hansısa müddəa varsa, bunun dövlətin siyasətinə heç bir aidiyyəti yoxdur.

“AİB-in hansı nişan verməsindən xəbərimiz yoxdur. Amma Komitə hər zaman olduğu kimi, bu gün də vətəndaş cəmiyyətləri institutları ilə əməkdaşlıq etməyə hazırdır və onların verdiyi təklifləri dəstəkləyir. Yetər ki, bu təkliflər ölkənin inkişafına öz töhfəsini vermiş olsun. Ümumi maraqlar dövlət maraqlarını müdafiə etmiş olsun”.

Komitə sözçüsü onu da bildirib ki, Azad İstehlakçılar Birliyinin belə bir nişan verməsi çox ciddi məsuliyyət tələb edir.

“Monitorinq aparmaqla hər hansı məhsulun daha çox və ya az satılmağını ictimai rəy sorğusu ilə müəyyən etmək olar. Amma hər hansı qidanın təhlükəsiz olmasını iddia etmək QHT üçün çox ciddi məsuliyyət tələb edir. Bunu iddia edən tərəfin mükəmməl laboratoriya şəraiti olmalı, sınaqlar aparılmalı, həmin sınaqların nəticələrinə görə nəyisə iddia etmək olar. İstehlakçıların hüquqlarını qorumaq üçün infrastrukturu olmalıdır. Hesab edirəm ki, laboratoriya sınaqları aparılmadan belə iddia irəli sürmək düzgün deyil. Düzdür, bilmirəm ki, bu nişanlar hansı meyarlar əsasında verilir. Ölkənin standartlara uyğunluğunu təsdiq edən “AZS” nişanı var. Dövlət tərəfindən akkreditasiya olunmuş orqanlara verdiyi bir nişandır. Məhsullar laboratoriyada yoxlanılır, təhlükəsizlik keyfiyyəti standarta uyğunluğu təsdiqlənir. Bundan sonra məhsulun satışa çıxarılmasına icazə verilir. Azad İstehlakçılar Birliyinin həmin nişanı hansı meyarlar uyğun verməsindən xəbərsizəm”.  

 

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu