Modern.az

Keçmiş məcburi köçkün: Laçın bizim Kəbəmizdir

Keçmiş məcburi köçkün: Laçın bizim Kəbəmizdir

Qarabağ

28 İyun 2024, 08:14

"Ömrümüzün ən yaxşı çağları Laçında keçib. Laçın bizim Kəbəmizdir."

 

Modern.az AzərTac-a istinadən xəbər verir ki, bu sözləri bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Möhübbət Süleymanov deyib.

 

"Həyatın amansız sınaqları ilə üz-üzə qalsaq da, ümidimizi, inamımızı heç vaxt itirməmişik. Çox sevinirik ki, artıq bizə məcburi köçkün deyilməyəcək. Biz Şuşanın sahibləriyik, bundan sonra öz doğma yurdumuzda əmin-amanlıq içərisində yaşayacağıq.

 

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?