Modern.az

Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə ikincidir - Nazir

Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə ikincidir - Nazir

Qarabağ

28 İyun 2024, 09:36

Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır.

 

Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

 

Onun sözlərinə görə, əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasıdır: “Azad edilmiş ərazilərdə minlərlə iş yeri yaradılıb və bunun çox hissəsi özəl sektorun payına düşür”.

 

Nazir deyib ki, azad edilmiş ərazilərdə sahibkarlar üçün güzəştlər tətbiq edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?