Bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində azad edilmiş ərazilərdə saat 17:00-a olan seçici fəallığını açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
Belə ki, azad edilmiş ərazilərdə seçici fəallığı aşağıdakı kimidir:
118 saylı Ağdam-Xocalı – 38,76 %
119 saylı Ağdam – 38%
120 saylı Cəbrayıl-Qubadlı – 46,89 %
121 saylı Laçın –39,93 %
122 saylı Xankəndi –49,48 %
123 saylı Kəlbəcər – 36,28%
124 saylı Şuşa-Ağdam-Xocavənd –44,36 %
125 saylı Zəngilan-Qubadlı – 43,7%