Modern.az

Ağdamda yeni zavod açıldı

Ağdamda yeni zavod açıldı

Qarabağ

19 Sentyabr 2024, 13:02

Prezident İlham Əliyev Ağdam Sənaye Parkının rezidentlərindən biri olan “Rail Trans Service” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun açılışında iştirak edib.

 

Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

Məlumat verildi ki, “Rail Trans Service” MMC 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. “Rail Trans Service” MMC sənaye parkının 1,6 hektar ərazisində “Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı” layihəsini həyata keçirəcək.

 

İnvestisiya dəyəri 8,92 milyon manat olan müəssisədə 60 nəfər işlə təmin ediləcək. İşçilərin əsasən Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.

 

Zavodun illik istehsal gücü 5 min ədəd rabitə və işarəvermə, 250 ədəd mikroprosessor mərkəzləşmə sistemi avadanlığı həcmindədir. İstehsal olunan mallar daxili və xarici bazarlar üçün nəzərdə tutulub.

 

“Rail Trans Service” MMC sənaye parklarında tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 70 min manata yaxın vəsaitə qənaət edib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər