Modern.az

Xıdırlıda 5093 nəfərin məskunlaşdırılması planlaşdırılır

Xıdırlıda 5093 nəfərin məskunlaşdırılması planlaşdırılır

Qarabağ

20 Sentyabr 2024, 15:20

"Xıdırlı kəndində 719 fərdi evin torpaq və bünövrə işləri, 643 fərdi evin isə hörgü işləri tamamlanıb".

 

Bunu Modern.az-a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin mətbuat katibi Leyla Sarabin deyib.

 

O vurğulayıb ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb.

 

"Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşdırılacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 170 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır", - Leyla Sarabin bildirib.

 

Qeyd edək ki, kəndin ərazisində söküntü və şaquli planlaşdırma işləri artıq tamamlanıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər