Modern.az

Ən böyük arzum şəhid qardaşımın məzarını ziyarət etməkdir - Cəbrayıl sakini

Ən böyük arzum şəhid qardaşımın məzarını ziyarət etməkdir - Cəbrayıl sakini

Qarabağ

30 Sentyabr 2024, 08:10

“Həyatımızın ən gözəl günlərini yaşayırıq, necə sevinməyək? Bunlar çox dəyərli hisslər, unudulmaz günlərdir”.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə Cəbrayıldan olan keçmiş məcburi köçkün Gündüz Qasımlı deyib.

“Doğma yurdumuza öz ailəmlə, övladlarımla qayıdıram, çox xoşbəxtəm. Ən böyük arzum Cəbrayılda şəhid olan qardaşımın məzarını ziyarət etməkdir. Cəbrayıldan çıxanda körpə uşaq idim. Çox ağrılı, dəhşətli günlər idi. Qardaşım Cəbrayılın ilk şəhidlərindəndir. O günləri xatırlamaq mənim üçün çox ağırdır”, - o deyib.

“Şükür bu günə ki, torpaqlarımız işğaldan azad olundu. Qısa müddətdə bərpa olundu, hələ də Cəbrayıl və digər azad olunmuş torpaqlarımızda quruculuq işləri gedir. Ən böyük arzum Cəbrayılda şəhid qardaşımın və digər qohumlarımın məzarlarını ziyarət etməkdir. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”, - G.Qasımlı əlavə edib.(Trend.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər