Modern.az xəbər verir ki, Milli Məclisin iclasında çıxış edən deputat Siyavuş Novruzov siyasi partiyaları QHT arxasında gizlənməkdə ittiham edib. “Bu gün bir sıra partiyalar QHT-lər tərərfindən maliyyələşir. Siyasi partiyalar hesabatları vermirlər. Vergi hesabatlarında siyasi partiya rəhbərlərinin “gəliri yoxdur” yazırlar. Bu necə olur? Gəlirin yoxdur, amma rəngin günü- gündən açılır? Bəlkə o qərargahlarda göydən dollar yağır?”-deyə deputat kinayə ilə qeyd edib.
S.Novruzovun sözlərinə görə, QHT-lərlə bağlı qanuna edilən dəyişikliklər vacibdir. YAP-çı deputat siyasi partiyaların qərargahla təmin etməsi barədə müxalifət düşərgəsinin tələblərini əsassız adlandırıb.
“Dövlət heç bir partiyanın qarşısında öhdəlik götürməyib ki,onu qərargahla təmin etsin. Özəl sahibkarla danışıb ofis götürə bilərlər”.
Deputat dini təşkilatların fəaliyyəti ilə bağlı nəzarətin tərəfdarı olduğunu vurğulayıb.
O qeyd edib ki, bir sıra dini təşkilatlar dövlət quruculuğunun dəyişidirlməsini əsas prisinp elan ediblər. “Müəyəyn dini qurumlar var ki,dövlət sistemini dəyişməyi qarşısına məqsəd qoyub. Son atışmalar da bunu göstərir”-deyə deputat bildirib.
Modern.az