Modern.az

“Fakt faktlığında qalır: Qarabağ Azərbaycan ərazisidir!” - Simonyan

“Fakt faktlığında qalır: Qarabağ Azərbaycan ərazisidir!” - Simonyan

Qarabağ

22 Oktyabr 2024, 10:50

Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, bugünkü müxalifət hakimiyyətdə olanda qondarma “Artsax”ı müstəqil dövlət kimi tanımayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Simonyanın sözlərinə görə, Serj Sarkisyan iqtidarı Qarabağı Azərbaycanın bir hissəsi kimi tərk edib.

“İnzibati-ərazi bölgüsü haqqında qanunu qəbul edəndə, Qarabağın Azərbaycan olmamağı üçün nə etmişdiniz?”, - deyə Simonyan keçmiş hakimiyyətə səslənib.
 

O qeyd edib ki, fakt faktlığında qalır: “Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və qalır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi