Modern.az

Xankəndidə 70 yaşlı erməni ÖLDÜ

Xankəndidə 70 yaşlı erməni ÖLDÜ

Qarabağ

23 Oktyabr 2024, 11:36

Azərbaycan Respublikasının Xankəndi şəhər sakini, erməni əsilli 1954-cü il təvəllüdlü Aqasyan Vera Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib.

 

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertiza təyin olunub.

 

Keçirilən məhkəmə-tibbi ekspertizanın ilkin məlumatlarına görə, 70 yaşlı qadının ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olub.

 

Aqasyan Vera Varaşakovna Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsində olmuş, eyni zamanda ona lazımi sosial müdafiə dəstəyi göstərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi