Modern.az

Müharibənin 28-ci günü: Ordumuz düşmənə sarsıdıcı zərbələr endirib

Müharibənin 28-ci günü: Ordumuz düşmənə sarsıdıcı zərbələr endirib

Qarabağ

24 Oktyabr 2024, 07:33

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

 

Modern.az Vətən müharibəsinin oktyabrın 24-nə olan xronikasını təqdim edir:

 

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın "Figaro" qəzetinə müsahibə verib.

 

- Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb, PUA-sı zərərsizləşdirilib.

 

- Düşmən yaşayış məntəqələrimizi atəşə tutub.

 

- Gecə ərzində düşmənin döyüş texnikaları məhv edilməsinin videogörüntüləri yayılıb. Düşmənin döyüş təyyarəsi məhv edilib.

 

- Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulub.

 

- Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edib.

 

- Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb. Azərbaycan HHQ-i düşmənin hərbi texnikası və infrastrukturunu, döyüş texnikalarını məhv edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi