Modern.az

2013-cü ildə hansı nazirliyin mətbuat katibi yaxşı işləyib? - SİYAHI

2013-cü ildə hansı nazirliyin mətbuat katibi yaxşı işləyib? - SİYAHI

23 Dekabr 2013, 12:37

Modern.az xəbər verir ki, Jurnalistlərin Müsahibə Klubu Facebook qrupunda “2013-cü il üçün Nazirlər Kabinetinə (NK) daxil olan hansı qurumun mətbuat katibi yaxşı fəaliyyət göstərib?” sualı ilə sorğu keçirilib. Qrupun admini, jurnalist Pərvin Abbasovun verdiyi məlumata görə, dekabrın 19-da start verilən sorğu 4 sutka davam edib və əvvəlcədən elan olundğu kimi, dekabrın 22-də saat 00.00-da başa çatıb.

Sorğu zamanı hazırda 200 üzvü olan qrupda jurnalistlərə bir, yaxud daha çox nazirlik və komitənin mətbuat katibinə (mətbuat xidmətinə) səs vermək imkanı yaradılıb.

Nəticədə, qrup üzvü olan jurnalistlərin verdiyi 104 səs NK-ya daxil olan 38 qurumdan 27-si arasında paylanıb. 11 qurum ümumiyyətlə səs almayıb. Səsverməyə əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi (Müşfiq Əmirov) 17 səslə birinci yerə çıxıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi (İradə İbrahimova) 14 səslə ikinci yerdə olub. Gənclər və İdman Nazirliyinin mətbuat katibi (Səmayə Məmmədova) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi (Orxan Əli) hərəyə 8 səslə üçüncü-dördüncü yerləri bölüşdürüb. Təhsil Nazirliyinin mətbuat katibi (Cəsarət Valehov) 7 səslə beşinci olub.
Tam siyahı belədir:

1. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi – 17 səs

2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 14 səs

3. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 8 səs

4. Gənclər və idman Nazirliyi – 8 səs

5. Təhsil Nazirliyi – 7 səs

6. Xarici İşlər Nazirliyi – 6 səs

7. Daxili İşlər Nazirliyi - 5 səs

8. Dövlət Sosial Müdafiə Fondu - 4 səs

9. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi – 4 səs

10. Səhiyyə Nazirliyi – 4 səs

11. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 4 səs

12. Mədəniyyət və Turizm Nazirliyi – 3 səs

13. Diasporla İş üzrə Dövlət Komitəsi – 2 səs

14. Dövlət Statistika Komitəsi – 2 səs

15. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi – 2 səs

16. Vergilər Nazirliyi – 2 səs

17. İqtisadiyyat və Sənaye Nazirliyi – 2 səs

18. Maliyyə Nazirliyi – 1 səs.

19. Dövlət Sərhəd Xidməti – 1 səs

20. Dövlət Miqrasiya Xidməti – 1 səs

21. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi – 1 səs

22. Dövlət Gömrük Komitəsi 1 səs

23. Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi – 1 səs

24. Nəqliyyat Nazirliyi – 1 səs

25. Kənd Təsərrüfatı Nazirliyi – 1 səs

26. Müdafiə Nazirliyi – 1 səs

27. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi – 1 səs

Mətbuat katibi bir səs belə almayan 11 qurum bunlardır:  

Fövqəladə Hallar Nazirliyi,
Ədliyyə Nazirliyi,
Milli Təhlükəsizlik Nazirliyi,
Müdafiə Sənayesi Nazirliyi, Energetika Nazirliyi,
Əmlak Məsələləri Komitəsi,
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi,
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi,
Milli Arxiv İdarəsi,
Dövlət Mülki  Aviasiya Administrasiyası,
Dövlət Dəniz Administrasiyası.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu