Modern.az

Şuşaya qayıdacağıma inanırdım - Keçmiş köçkün

Şuşaya qayıdacağıma inanırdım - Keçmiş köçkün

Qarabağ

21 Dekabr 2024, 08:39

“Otuz iki ildir yurd həsrəti çəkirdik. Axır ki, bu gün torpaqlarımıza qayıdırıq. Sevincimizin həddi-hüdudu yoxdur”.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Şuşaya köçən sakin Həsən Zülfiqarov söyləyib. Şuşaya geri qayıdacağına hər zaman inandığını deyən keçmiş məcburi köçkün bir vaxtlar orada döyüşdüyünü bildirib.

 

“Şuşanın azad edilməsində canını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə şəfa arzulayıram. Azərbaycan xalqı, dövləti hər zaman var olsun”,- deyə o vurğulayıb.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?