Modern.az

Azay Quliyev: “QHT-lərin qanuna edilən dəyişikliklərə yanaşması adekvat deyil” - MÜSAHİBƏ

Azay Quliyev: “QHT-lərin qanuna edilən dəyişikliklərə yanaşması adekvat deyil” - MÜSAHİBƏ

Qarabağ

21 Yanvar 2014, 14:21

“Bəzi QHT-lər parlamentin qəbul etdiyi qanunlara hüquqi müstəvidən çox siyasi baxış bucağından yanaşırlar”

Modern.az
saytı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə müsahibəni təqdim edir.

- Azay müəllim, 2013-cü il Qeyri Hökumət Təşkilatları üçün hansı yeniliklərlə yadda qaldı?

-  Ümumilikdə götürsək, 2013-cü il Qeyri-Hökumət Təşkilatları üçün uğurlu il olub. Konkret olaraq,  2013-cü ilin “İKT ili” elan olunması ilə əlaqədar QHT-lər elektron idarəetməyə keçib. Bu çox mühüm bir hadisə idi. Artıq QHT-lər rahat şəkildə  Şura ilə əlaqə saxlayır, hesabatlarını elektron formada təqdim edirlər.  Eyni zamanda maliyyə hesabatlarının sayı da 9-dan 2-yə enib. Bundan başqa, ötən il ilk dəfə olaraq bizə müraciət edən xarici QHT-lərdən  30-dan çoxuna maliyyə yardımın edilməsi barədə qərar qəbul etdik. Fikrimcə, bu ən düzgün yeniliklərdən hesab edilməlidir. Digər mühüm yenilik ondan ibarətdir ki, 2013-cü ildə çox mühüm qanunlardan birinin hazırlanaraq Milli Məclisdə qəbul olunmasına nail olduq. Artıq “İctimai iştirakçılıq haqqında” qanun 2013-cü il noyabrın 22-də parlamentdə üçüncü oxunuşda qəbul edildi, çox sevindirici haldır ki, bir neçə gün öncə cənab Prezident bu qanunun qüvvəyə minməsi ilə bağlı müvafiq sərəncam imzaladı. Həmin sənədə əsasən 2014-cü il iyunun 1-dən bu qanun qüvvəyə minəcək. Dövlət başçısının belə bir qanunun qüvvəyə minməsi üçün imza atması ondan xəbər verir ki, dövlətimiz vətəndaş cəmiyyəti quruculuğu istiqamətində, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi istiqamətində əvvəlki illərdə olduğu kimi öz prinspial mövqeyini və dəstəyini davam etdirməkdədir. O da qeyd olunmalıdır ki, ötən ildə informasiya dəstəyi  sahəsində mühüm layihələrə imza atdıq ki, bunlardan birincisi o idi ki, ilk dəfə biz  qeyri-hökumət təşkilatlarının fəaliyyətinin Azərbaycan içtimaiyyətinə təqdim olunması üçün “Xəzər” televiziyası ilə  razılıq əldə etdik, Artıq bir neçə aydır ki, “Vətəndaş Cəmiyyəti” verilişi vasitəsilə cəmiyyəti düşündürən müxtəlif mövzularla bağlı çox maraqlı müzakirələr həyata keçirilir. Bu isə əhalinin maarifləndirilməsi sahəsində mühüm bir rola malikdir. 2013-cü il beynəlxalq əlaqələr baxımından da əhəmiyyətli olub. Belə ki, dünyanın iki aparıcı ölkəsi ilə-ABŞ və Rusiya Federasiyası ilə əməkdaşlıq haqqında sənəd imzalanıb. Artıq bu sənədə uyğun olaraq müxtəlif layihələrin icrasına başlanılıb. Hesab edirəm ki, bu əməkdaşlıq xarici ölkələrlə Azərbaycan vətəndaş cəmiyyəti institutlarının doğru-dürüst əlaqələrinin qurulmasında töhvəsini verəcək. Təsadüfi deyil ki, həmin anlaşmaya əsasən Rusiyanın İctimai Palatası ilə  razılığa gəlinib ki, bu ilin martında ilk dəfə Bakıda Rusiya-Azərbaycan vətəndaş cəmiyyətlərinin Forumu keçirilsin. 2013-cü ildə biz ilk dəfə olareaq rekord həddə-503 sayda QHT-nin layihəsini maliyələşdirdik. İndiyə qədər belə bir rəqəm olmamışdı, hansı ki, bizə 900-ə yaxın layihə təqdim olunmuşdu. Maliyələşən layihələrə təxminən 5,5 milyon manat vəsait yönəldilib. Bi ildə də biz maksimim çalışdıq ki, QHT-lərin qarşılaşdıqıarı çətinliklərlə, onların həlli ilə bağlı mühüm tədbirlər görək. Deməliyəm ki, bu istiqamətdə 2 mindən artıq tədbirlərimiz olub. QHT-lərin bilik və bacarığının  artırılması, onların elektron hesabat formasının hazırlanıb təqdim olunması istiqamətindəki çətinliklərin aradan qaldırılmasında çox mühüm layihələr həyata keçirmişik. 2013-cü il həm də bizim çox maraqlı nəşrlər çap etməyimizlə yadda qaldı. Bu il Dağlıq Qarabaq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı, xüsusən Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı istər nəşrlərin çap edilməsi, istərsə də filmlərin çəkilməsi baxımından yadda qalan il oldu. Bütövlükdə, 2013-cü ili vətəndaş çəmiyyətləri üçün uğurlu il hesab edirəm. Çünki bu ildə Azərbaycan hökuməti tərəfində QHT-lərə maksimum dərəcədə  dəstək verilib. İstər QHT-lərin qanunvericilik bazasının təkmilləşdirilməsi, istərsə də  bu sahədə hüquqi mühitin yaxşılaşdırılması, istərsə də onlara dövlət dəstəyinin artırılması baxımından uğurlu illərdən biri oldu.

- Bildirdiniz ki, 30 –dan artıq xarici QHT-yə maliyyə yardımı edilib. Bu layihələr hansı sahələri əhatə edib?

- Biz xarici QHT-lər üçün 5 istiqamət müəyyən etmişdik. Bunlardan biri insan hüquq və azadlıqlarının qorunması, ikincisi Dağlıq Qarabağ probleminin həllində QHT-lərin rolunun artırılması və töhfələrin verilməsi, üçüncü istiqamət isə Xocalı soyqırımının tanıdılmasından ibarətdir. Hansı ki, son illər bizim bu istiqamətdə mühüm nailiyətlərimiz var. Bir neçə ölkənin parlamenti  Xocalı soyqırımı haqqında sənəd qəbul edib. Dördüncü istiqamətə mədəniyyətlərarası dialoqun gücləndirilməsi daxildir. Bu mövzü da Azərbaycanda prioritet mövzulardan sayılır. Bilirsiniz ki, bu mövzuda ölkəmiz modern bir ölkəyə çevrilib. Artıq bir çox ölkələr Azərbaycanın təcrübəsini öyrənir. Beşinci istiqamətə İslamafobiya, ksenofobiya və hər cür irqçiliyin əleyhinə olan fəaliyyətin dəstəklənməsi daxildir. Son illər dünyada bununla bağlı ciddi narahatlıqlar mövcüddur. Bir çox ölkələrdə dini, irqi zəmnində münaqişələr baş verir. Xüsusilə də azərbaycanlılarla bağlı Rusiyada arzuolunmaz hadisələrlə qarşılaşdıq. Ona görə də belə qərara gəldik ki, bu mövzu ilə bağlı vətəndaş cəmiyyəti institutları da öz sözlərini deməlidirlər. Çox sevindirici haldır ki, dünyanın ən tanınmış QHT-ləri, ən nüfuzlu beynəlxalq təşkilatları bu müsabiqəyə qatıldılar. Müəyyən səbəblərə görə bu müsabiqə haqqında çox detallı məlumatlar verə bilmirik. Elə məsələlər var ki, o detallar haqqında məlumatın verilməsi bizi istəməyən qüvvələrin fəallaşmasına gətirib çıxara bilər. Artıq layihələrin icrasına başlanılıb. Avropa ölkələrin də bizim çox uğurlu tədbirlərimiz olub. Bu ay ərzində bir neçə ölkədə tədbirlərimiz planlaşdırılır. Növbəti aylarda bu tədbirlər davam etdiriləcək. Düşünürəm ki, Azərbaycanın, bütövlükdə strateji məsələlərin həllində, beynəlxalq imicimizin daha da möhkəmlənməsində, milli maraqlarımızın ayrı-ayrı ölkələrində təbliğində bu cür layihələrin çox mühüm rolu var.

- Ötən il tətbiq edilən yeniliklərdən biri də QHT-lərdən dövlət qeydiyyatından çıxarışın tələb edilməsi oldu. Belə bir mexanizmin tətbiqinə nə dərəcədə ehtiyac var idi.

- Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihə təqdimatı ilə etdiyi dəyişiklilər düşünülmüş şəkildə tətbiq edilib.  QHT-lərdən qeydiyyatdan çıxarılış dövlət reystrinin əldə olunması çox mühüm bir məsələ idi. Elə QHT-lər var idi ki, onların sədrinin kim olduğu bilinmirdi. Legitim qurumu varmı, yoxmu, onun idarə heyyəti nə qədər səlahiyyətlidir və bu kimi sullar meydana çıxırdı ki, onlara aydınlıq gətirə bilmirdik. Bəzi təşkilatlar var idi ki,  QHT-yə məxsus möhürü təşkilatın bir üzvü gəzdirirdi, lakin iddalı şəxs kimi digəri çıxış edirdi. Bu halların qarşısının alınması üçün Şura bütün QHT-lərdən dövlət qeydiyyatından çıxarış təqdim etməyi qərarını qəbul edib. Əlbəttə ki, bu bəzi QHT-lər üçün yenilik oldu. Ədliyyə Nazirliyinin dövlət qeydiyyat idarəsi çox ciddi bir rejimdə işlədi. Demək olar ki, onlar qarşılarına qoyduqları məqsədlərə nail oldular. Hazırda Şuraya 480-dən çox  layihə təklifi daxil olub və bu təkliflərin bəzilərində reystr çatışmır. İlk mərhələ texniki seleksiya mərhələsidir. 10-larla QHT texniki seleksiyadan keçə bilməyəcək. Ona görə ki,  onlar dövlət reystrindən çıxarış verməyiblər. Hesab edirəm ki, layihələrin təqdimatı ilə bağlı yeni qaydalar QHT lər üçün mühüm problem yaratmayacaq. Çıxarış təqdim edə bilməyən QHT-lər növbəti aylarda problemi həll edərək digər müsabiqələrdə iştirak edə biləcəklər.

- Qanunvericilikdə edilən dəyişikliklər bəzi QHT-lərin narazılığı ilə müşahidə olunub.

- Biz bəzi QHT-lər tərəfindən edilən narahatçılıqla tanışıq. Hesab edirik ki, QHT-lərlə bağlı parlamentdə qəbul olunan qanunlara, edilən dəyişikliklərə yanaşma o qədər də adekvat deyil. Təəssüflər olsun ki, bəzi QHT-lər parlamentin qəbul etdiyi bu qanunlara hüquqi müstəvidən daha çox siyasi baxış bucağından yanaşırlar. Hesab edirən ki, bu yolverilməzdir. Əlbəttdə QHT-lər hər hansı dəyişikliklə bağlı öz fikirlərini bildirməli, öz maraqlarını ifadə etməlidirlər. Amma bunlar hamısı hüquq çərçivəsində olmalıdır. Digər tərəfdən, biz Şura olaraq indiyə qədər həmin QHT-lərdən rəsmi olaraq hər hansı bir sənəd və yaxud müraciət almamışıq.  Lakin mətbuatda bu qrupun fikirləri ilə tanışıq, bununla da bağlı bizim öz mövqeyimiz var. Əlbəttdə ki, qəbul edilən qanunların böyük əksəriyyəti Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklər çərçivəsindədir. Xüsusilə Venesiya Komissiyasının və Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransının Məsləhət Şurasının tövsiyyələrə əsasında qəbul olunub. Bu dəyişikliklərin böyük əksəriyyəti qeyri-hökumət təşkilatları sahəsində ciddi nizam-intizam yaradılması, QHT sektorunun bir qurum olaraq daha ciddi və mütəşəkkil şəkildə yanaşmasını təmin edən məqamlardır. Amma hər hansı narahatçılıq varsa, bildirməliyəm ki, Şura yarandığı gündən daim QHT-lərin yanında olub. Onların maraqlarını müdafiə edib,  indi də biz bu işlərlə məşğuluq. Lakin bu maraqlar qanun çərçivəsində olmalı, bu qanunlar dövlətin maraqlarından üstün olmamalıdır. Biz çalışırıq ki, cəmiyyətin, QHT-lərin, dövlətin və millətin maraqlarını  uclaşdırmağı bacaraq. Bu bizim əsas vəzifəmizdir.

Alim

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu