Modern.az

Şuşa Müalicə-Sağlamlıq Mərkəzi ilin sonuna tam istifadəyə veriləcək

Şuşa Müalicə-Sağlamlıq Mərkəzi ilin sonuna tam istifadəyə veriləcək

Qarabağ

28 Mart 2025, 17:52

Şuşa Müalicə-Sağlamlıq Mərkəzi ilin sonuna tam istifadəyə veriləcək. Ora 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir.

Modern.az xəbər verir ki, stasionar xidmət sahəsində terapiya, pediatriya, cərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.

Mərkəzin Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən avadanlıqla təchiz olunacaq.

Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?