Modern.az

Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov

Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov

Qarabağ

17 Aprel 2025, 11:30

Hazırda Ağdam şəhərində ikinci məhəllənin tikintisi aparılır. Buraya 66 bina üzrə 1267 ailənin köçürülməsi nəzərdə tutulub. Bu, təxminən oktyabr-noyabr aylarına təsadüf edəcək.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

“Bu ilin sonunadək 5 min, gələn il 10 min, ümumilikdə isə 20-25 min əhalinin Ağdama köçürülməsi nəzərdə tutulub. Füzulidə ikinci və üçüncü yaşayış məhəllələrinin layihələndirilməsi yekunlaşdırılmaq üzrədir. Hesab edirəm ki, layihələndirmə bu ilin sonuna doğru - payız aylarında başa çatacaq. Bundan sonra isə tikinti işlərinə start veriləcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?