Modern.az

Xankəndidə QHT-lərin Əməkdaşlıq Forumu keçiriləcək

Xankəndidə QHT-lərin Əməkdaşlıq Forumu keçiriləcək

Qarabağ

18 Aprel 2025, 11:28

Bu il Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun keçirilməsi nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bunu mətbuat konfransında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.

Aygün Əliyeva vurğulayıb ki, layihələrin keyfiyyəti son 2 ildə xeyli yüksəlib, 2023-cü ildə Agentliyin yeni qrant müsabiqəsi qaydalarının müəyyən olunması və yeni elektron xidmətlərin tətbiqi bu sahədə dönüş yaradıb.

Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı isə bildirib ki, bu il QHT-lərin İnkişaf və Mübadilə Proqramının Şuşa şəhərində keçirilməsi planlaşdırılır. O, hesabat dövründə 5 dəfə QHT-lərin İnkişaf və Mübadilə Proqramlarının təşkil edildiyini, Mingəçevir, Naftalan, Bakı, Naxçıvan, Şamaxı şəhərlərində keçirilmiş bu proqramları uğurla başa vurmuş 500-dək QHT-nin sertifikatlarla təltif edildiyini diqqətə çatdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?