Modern.az

Xankəndidə İƏT-in Zirvə toplantısı keçiriləcək

Xankəndidə İƏT-in Zirvə toplantısı keçiriləcək

Qarabağ

24 Aprel 2025, 10:38

Bu il Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısı keçiriləcək.

Modern.az xəbər verir ki, bu sözləri "Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və Prespektivlər" mövzusunda bu gün keçirilən konfransda Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsi rəisinin müavini Rövşən Mirzəyev deyib.

O qeyd edib ki, bu görüşü uğurlu şəkildə həyata keçirəcəyik:

"Builki mövzu davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıqdan bəhs edəcək".

Qeyd edək ki, 2023-cü ildə Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?