Modern.az

Siyasi partiya liderləri Laçına gedirlər

Siyasi partiya liderləri Laçına gedirlər

Qarabağ

29 Aprel 2025, 00:59

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların liderləri aprelin 29-da Laçına səfər edəcəklər.

Modern.az-ın əldə etdiyi məlumata görə, siyasi partiya nümayəndələri Laçında görülən bərpa-quruculuq işləri ilə əyani surətdə tanış olacaqlar.

Qeyd edək ki, bundan əvvəl də siyasi partiya nümayəndələrinin işğaldan azad edilən ərazilərimizə bir neçə dəfə səfəri təşkil edilib. Bu səfərlərə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev rəhbərlik edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU